Vasif Quliyev: İki övladın qəhrəman şəhid atası

2021/04/Vasif-1618656439.jpg

line

Ad: Vasif
Soyad: Quliyev
Ata adı: Tahir
Doğum tarixi: 19.02.1988
Rütbə: MAHHXHQ çavuş


Vasif Quliyev 1988-ci il fevralın 19-da Beyləqan şəhərində anadan olub.
Ailəli idi. 2 övladı yadigar qaldı.

Hərbi xidməti
Vasif Quliyev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun çavuşu olan Vasif Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vasif Quliyev sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.