Məhəmməd Yusifli: Ölümü gözə alan qəhrəman

2021/04/13097-3236451606.jpg
Oxunub: 23     15:03     12 Aprel 2021    

Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Yusifli Məhəmməd Rəhman oğludur.


Məhəmməd Yusifli 23.08.2001-ci il tarixdə Qax rayonu, Almalı kəndində anadan olub. O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Məhəmməd Yusifli 02.10.2020-ci il tarixdə Talış kənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz subay idi.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə" görə, "Laçının" azad olunması medalı, "Suqovuşanın" azad olunması medalı,  “Vətən uğrunda” medalı ilə təltif edilib.