Tural İsayev: Murovdağ döyüşləri zamanı şəhid oldu

2021/06/Tural-1623707677.jpg

line

Ad: sayev Tural
Soyad: İsayev
Ata adı: Saləddin
Doğum tarixi: 11.04.1992
Rütbə: MAHHXHQ çavuş

Tural Saləddin oğlu İsayev (11 aprel 1992; Siyəzən rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsinin şəhidi.

Tural İsayev 1992-ci il aprelin 11-də Siyəzən rayonunun Yenikənd kəndində anadan olub.

Azərbaycan Ordusunun çavuşu olan Tural İsayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.

Tural İsayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il yanvarın 31-də Siyəzən rayonunun Yenikənd kəndində dəfn olunub.

memorial.az