Qalası Kərimli: Daşaltıda şəhid olan əsgər

2021/06/qas-1623706653.jpg

line

Ad: Qalası
Soyad: Kərimli
Ata adı: Müslüm
Doğum tarixi: 08.01.2000
Rütbə: əsgər

Qalası Müslüm oğlu Kərimli (8 yanvar 2000; Hacıqabul rayonu, Azərbaycan — 2 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Qalası Kərimli 2000-ci il yanvarın 8-də Hacıqabul rayonunun Muğan qəsəbəsində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Qalası Kərimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qalası Kərimli noyabrın 2-də Şuşa döyüşləri zamanı Daşaltı istiqamətində şəhid olub.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalası Kərimli "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Onun nəşi uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il aprelin 20-də nəşi tapılıb və Hacıqabul rayonunun Muğan qəsəbəsində dəfn olunub.



memorial.az