Qənbər Qənbərli: Nəşi şəhid olduqdan 8 ay sonra tapılan baş leytenant

2021/06/Qənb-1623704936.jpg

line

Ad: Qənbər
Soyad: Qənbərli
Ata adı: Bəhruz
Doğum tarixi: 10.09.1993
Rütbə: baş leytenant

Qənbər Bəhruz oğlu Qənbərli (10 sentyabr 1993; Tərtər rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi.

Qənbər Qənbərli 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Ailəliydi. Bir övladı yadigar qaldı.

Azərbaycan Ordusunun baş leytenantı olan Qənbər Qənbərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Qənbər Qənbərli sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 22 may 2021-ci ildə nəşi tapılıb və ailəsinə təhvil verilib.

Vətən müharibəsində itkin düşdükdən 8 ay sonra nəşi tapılan Azərbaycan Ordusunun baş leytenantı Qənbərli Qənbər Bəhruz oğlu Tərtər rayonunun Kəngərli kənd qəbirstanlığında dəfn olunub.

memorial.az