Elvin Mustafayev: Murovdağ istiqamətində şəhid oldu

2021/06/a5550-1623704232.jpg

line

Ad: Elvin
Soyad: Mustafayev
Ata adı: Fəxrəddin
Doğum tarixi: 14.03.1992
Rütbə: MAHHXHQ əsgər

Elvin Fəxrəddin oğlu Mustafayev (14 mart 1992; Gəncə, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Elvin Mustafayev 1992-ci il martın 14-də Gəncə şəhərində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Elvin Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Elvin Mustafayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.

Onun nəşi uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. O, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər kimi xidmət edib.

Ailəli idi, 3 övladı var.

Nəşi iyunun 3-də ailəsinə təhvil verilib.

memorial.az