Orxan Yusubov: Nəşi 8 ay sonra tapılan Gəncə şəhidi

2021/06/a5550-1623704031.jpg

line

Ad: Orxan
Soyad: Yusubov
Ata adı: Allahverdi
Doğum tarixi: 19.01.1992
Rütbə: əsgər

Orxan Allahverdi oğlu Yusubov (19 yanvar 1992, Gəncə) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi.

Orxan Yusubov 1992-ci il yanvarın 19-da Gəncə şəhərində anadan olub.

Orxan Yusubov 2020-ci il sentyabrın 21-də Kəpəz Rayon Hərbi Komisarlığı tərəfindən təlimlərə çağırılıb.

Azərbaycan Ordusunun əsgəri olan Orxan Yusubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Yusubov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.

Orxan Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər O.Yusubov 8 aydır itkin olub. Onun nəşi 3 iyun 2021-ci ildə tapılaraq ailəsinıə təhvil verilib. Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub.

memorial.az