Eldəniz Verdiyev: İtkin düşmüşdü, şəhid xəbəri gəldi

2021/06/16228-1623703431.jpg

line

Ad: Eldəniz
Soyad: Verdiyev
Ata adı: Rabil
Doğum tarixi: 04.10.1999
Rütbə: MAHHXHQ əsgər

Eldəniz Rabil oğlu Verdiyev (4 oktyabr 1999; Göygöl şəhəri, Azərbaycan — 27 sentyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Eldəniz Verdiyev 1999-cu il oktyabrın 4-də Göygöl şəhərində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Eldəniz Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Eldəniz Verdiyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itgin düşüb.

2021-ci il iyunun 4-ü Eldəniz Verdiyevin nəşi tapılır və ailəsinə təhvil verilib.



memorial.az