Əkbər Məsimov: Murovdağ döyüşlərində itkin düşmüşdü, şəhid xəbəri gəldi

2021/06/es-1623701291.jpg

line

Ad: Əkbər
Soyad: Məsimov
Ata adı: Yunis
Doğum tarixi: 05.10.1994
Rütbə: MAHHXHQ əsgər

Əkbər Yunis oğlu Məsimov (5 oktyabr 1994; Qaradeyin, Ağdaş rayonu, Azərbaycan – 27 sentyabr 2020; Murovdağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi.

Əkbər Məsimov 1994-cü il oktyabrın 5-də Ağdaş rayonunun Qaradeyin kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Əkbər Məsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əkbər Məsimov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itgin düşüb.

7 iyun 2021-ci ildə Əkbər Məsimovun nəşi tapılıb və ailəsinə təhvil verilib.



memorial.az