Qoşqar Vəliyev: Şəhadəti arzulayan əsgər arzusuna çatdı

2021/06/Scree-1623567154.jpg

line

Ad: Qoşqar
Soyad: Vəliyev
Ata adı: Nuruş
Doğum tarixi: 12.04.1989
Rütbə: MAHHXHQ əsgər

Vəliyev Qoşqar Nuruş oğlu, 1989-cu il aprelin 12-də Füzuli rayonunun, Kərimbəyli kəndində anadan olub. Maxe kimi xidmətə 2010-ci il, aprelin 12-də başlayıb. Daşkəsən rayonunda üç il xidmət etdikdən sonra, 2013-cü ildə Füzuli rayonuna göndərilir.


Füzuli rayonunda tankçı olaraq xidmətə başlayır. 2016-cı il aprel döyüşlərində fəal iştirak edir. O, İkinci Qarabağ müharibəsində döyüşləri başlayanda öz tankı ilə ön sırada idi. Sentyabrın 27-dən döyüş başlayanda Əbdürrəhmanlı istiqamətində cəbhənin yarılmasında böyük şücaətlər göstərib.

Qoşqar yaralı olmasına baxmayaraq, onun tankını vuran erməni postunun yerini təyin edir və son mərmisi ilə hədəfi məhv edir. Düşmən Qoşqarın tankını partladır. O, partlamadan kəllə bəyin travması alır. 20 gün sonra, müalicəsi başa çatmamış öz istəyi ilə, döyüşmək üçün cəbhəyə geri qayıdır. Noyabrın 1-də yenə döyüş meydanına girir. O, bu dəfə Xocavənd rayonunun azad edilməsində iştirak edirdi. Noyabrın 2-də səhər saatlarında ağır döyüşlərin getdiyi zamanda yenə tankı vurulur və o, bu dəfə zirehli texnikadan sağ xilas olmağı bacarır.

Qoşqar Hadrut rayonuna göndərilir. Noyabrın 22-də Şuşa şəhərinin yaxınlığında düşmən texnikasını götürməyə getdiyi zaman havanın qatı dumanlı olması səbəbilə tanlı dağa çırpılıb. Qoşqar aşan tankın altında qalaraq həlak olub.Döyüşlər bitəndə şəhid olmadığına görə, şəhidliyin ona nəsib olmadığına görə təəssüflənirdi Azərbaycan qartalı. Allah sanki dualarını eşitdi. Döyüşlərə qorxmadan girən cəsur əsgərimiz şəhadətə qovuşdu.



memorial.az