Əli Mehdizadə: Şuşa uğrunda şəhid oldu

2021/06/Əli_-1623492513.jpg

line

Ad: Əli
Soyad: Mehdizadə
Ata adı: Məcid
Doğum tarixi: 15.08.2001
Rütbə: Əsgər


Əli Məcid oğlu Mehdizadə 15 avqust 2001-ci ildə Lənkəranda dünyaya göz açmışdır.

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Əli Mehdizadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Döyüşlərdə çiynindən qəlpə yarası almış və hospitala yerləşdirilmişdir. Müalicəsi bitdikdən sonra yenidən döyüşə yollanmışdır. Əli Mehdizadə 1 noyabr 2020-ci ildə axşam saatlarında Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əli Mehdizadə ölümündən sonra bu medallarla ilə təltif edildi.

1.“Cəsur döyüşçü” medalı;
2.Vətən müharibəsi iştirakçısı medalı;
3.“Kəlbəcərin azad edilməsinə görə” medalı;
4.“Xocavəndin azad edilməsinə görə” medalı;
5.“Şuşanın azad edilməsinə görə” medalı;
6.“Şücaətə görə” medalı