Akşin Quliyev: Suqovuşan döyüşləri zamanı şəhid olub

2021/06/Scree-1623476458.jpg

line

Ad: Akşin
Soyad: Quliyev
Ata adı: Mehdi
Doğum tarixi: 07.07.1992
Rütbə: Gizir

Akşin Mehdi oğlu Quliyev 1992-ci il iyunun 9-da Goranboy şəhərində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Akşin Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Akşin Quliyev sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Akşin Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

memorial.az