İlqar İxtiyaroğlu: Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşdə şəhid olub

2021/06/Scree-1623476476.jpg

line

Ad: İlqar
Soyad: İxtiyaroğlu
Ata adı: İxtiyar
Doğum tarixi: 06.07.1994
Rütbə: Gizir

İlqar İxtiyaroğlu 1994-cü il iyulun 6-da anadan olub.

Azərbaycan Ordusunun giziri olan İlqar İxtiyaroğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər Əlahiddə Kəşfiyyat Taborunun heyətində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlqar İxtiyaroğlu oktyabrın 6-da Ağdərə istiqamətində "951" zirvəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Nəşi hələdə tapılmayıb.

Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunur. Hal-hazırda onun nəşinin tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür.

memorial.az