Turan Məmmədov: Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub

2021/06/Scree-1623222665.jpg

line

Ad: Turan
Soyad: Məmmədov
Ata adı: Nadir
Doğum tarixi: 29.08.1993
Rütbə: Gizir

Turan Nadir oğlu Məmmədov 1993-cü il avqustun 29-da Qazax rayonunun Dəmirçilər kəndində anadan olub. 1999-2010-cu illərdə E.Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbində təhsil alıb.

Turan Məmmədov 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “gizir” hərbi rütbəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Turan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Turan Məmmədov oktyabrın 7-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Dəmirçilər kəndində torpağa tapşırılıb.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Turan Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

memorial.az