Miqdad Abduləlimov: Talış kəndində şəhid olub

2021/06/Miqda-1622523476.jpg

line

Ad: Miqdad
Soyad: Abduləlimov
Ata adı: Faiq
Doğum tarixi: 23.03.2002
Rütbə: əsgər


Miqdad Faiq oğlu Abduləlimov (23 mart 2002; Quba, Azərbaycan — 29 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Həyatı və hərbi xidməti
Miqdad Abduləlimov 23 mart 2002-ci ildə Quba rayonunda dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra 4 aprel 2020-ci ildə hərbi xidmətə yollanmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Miqdad Abduləlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Tərtərin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 29 oktyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Miqdad Abduləlimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Miqdad Abduləlimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.