Məhəmməd Quluzadə: Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub

2021/06/Scree-1623476565.jpg

line

Ad: Məhəmməd
Soyad: Quluzadə
Ata adı: Cəlal
Doğum tarixi: 07.08.1999
Rütbə: MAHHXHQ əsgər



Məhəmməd Cəlal oğlu Quluzadə (d. 7 avqust 1999; Bəydili, Biləsuvar rayonu – ö. 27 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, Vətən Müharibəsi şəhidi

Həyatı
Məhəmməd Quluzadə 7 avqust 1999-cu ildə Biləsuvar rayonunun Bəydili kəndində dünyaya gəlmişdir. 2006-2017-ci illərdə Bəydili kənd tam orta məktəbində orta təhsil almışdır.

Hərbi xidməti
Məhəmməd Quluzadə 2017-ci ildə Tərtər rayonu N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2019-cu ildə hərbi xidmətdən təxris olunmuş, 2020-ci ildə isə könüllü şəkildə yenidən Tərtər rayonu N saylı hərbi hissəyə qayıtmışdır. Müddətdən artıq xidmət edən hərbi qulluqçu idi.

O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Şəhid Məhəmməd Quluzadə 29 sentyabr 2020-ci il tarixində Biləsuvar rayonu Bəydili kənd məzarıstanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Quluzadə ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.