Hümbətov Səfayət: Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub

2021/06/250px-1622521953.jpg

line

Ad: Səfayət
Soyad: Hümbətov
Ata adı: Ələddin
Doğum tarixi: 17.02.1987
Rütbə: MAHHXHQ əsgər


Səfayət Ələddin oğlu Hümbətov (17 fevral 1987, Yeni Daşkənd, Bərdə rayonu – 28 sentyabr 2020, Tərtər rayonu) — Müddətdən Artıq Xidmət Edən hərbi qulluqçu, Vətən müharibəsi şəhidi.

Həyatı
Səfayət Hümbətov 17 fevral 1987-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan оlmuşdur.

1994-cü ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbində təhsil almağa başlamış, 2005-ci ildə orta məktəbi bitirmişdir.

2005-ci ildə Bərdə rayоn Hərbi Kоmisarlığı tərəfindən Milli Оrduya çağırılmış, 2007-ci ildə hərbi xidmətini başa vurmuşdur.

5 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrində Müddətdən Artıq Xidmət Edən hərbi qulluqçusu kimi xidmətə başlamışdır.

28 sentyabr 2020-ci ildə Vətən müharibəsi zamanı Tap Qaraqoyunlu istiqamətində şəhid olmuş, 29 sentyabr 2020-ci ildə doğulduğu Yeni Daşkənd kəndində dəfn оlunmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə 15 dekabr 2020-ci ildə əsgər Hümbətov Səfayət Ələddin oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Ailəsi
Ailəli idi, iki övladı var.