Qurbanov Cahangir: Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub

2021/06/Cahan-1622521002.jpg

line

Ad: Cahangir
Soyad: Qurbanov
Ata adı: Məmməd
Doğum tarixi: 23.09.1994
Rütbə: MAHHXHQ əsgər


Cahangir Məmməd oğlu Qurbanov (23 sentyabr 1994, Borsunlu, Goranboy rayonu – 27 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, Vətən müharibəsinin şəhidi.

Həyatı
Cahangir Qurbanov 1994-cü il senytabrın 23-də Goranboy Rayonunun Borsunlu kəndində anadan olub.

Cahangir Qurbanov 2001-ci ildə Goranboy Rayon Borsunlu kənd T.Əliquluoğlu adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur.

2011-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

Ailəsi
Subay idi.

Atası-Məmməd Qurbanov

Anası-Elminaz Qurbanova

Qardaşları-Yunis Qurbanov, Samir Qurbanov

Əmiləri—Raqif Qurbanov və Ələkbər Qurbanov I Qarabağ müharibəsində döyüşmüşlər.

Hərbi xidməti
2012-ci ildə müddətli hərbi xidmətə yollanıb.Gədəbəy rayonunun N saylı hərbi hissəsində xidmət etmişdir.2016-ci ildən yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlamışdır. Xidmətini kəşfiyyatçı olaraq davam etdirmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Cahangir Qurbanov 2020-ci il Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış istiqamətində gedən döyüşlərdə savaşıb. Talış döyüşləri zamanı düşmənin iki postunun ələ keçirilməsində xidmətləri olmuşdur. Cahangir Qurbanov sentyabrın 27-də Talış döyüşləri zamanı şəhid olub.

Sentyabrın 29-da Goranboy Rayon Borsunlu kənd Qəbiristanlığının Şəhidlər Xiyabanında dəfn olunub.