Rəvan Bünyadlı: Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub

2021/05/Rəva-1622479542.jpg

line

Ad: Rəvan
Soyad: Bünyadlı
Ata adı: Asif
Doğum tarixi: 05.08.2001
Rütbə: əsgər

Rəvan Asif oğlu Bünyadlı (8 avqust 2001; Almalı, Qax rayonu, Azərbaycan — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Rəvan Bünyadlı 8 avqust 2001-ci ildə Qax rayonunun Almalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Rəvan Bünyadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəvan Bünyadlı sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı Mübariz İbrahimovun şəhid olduğu post istiqamətində şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Bünyadlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Bünyadlı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.