İdrət Abdulov: Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub

2021/05/zefer-1622478845.jpg

line

Ad: İdrət
Soyad: Abdulov
Ata adı: İbi
Doğum tarixi: 05.10.2001
Rütbə: əsgər


İdrət İbi oğlu Abdulov (5 oktyabr 2001; Lerik rayonu, Azərbaycan — 18 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.


Həyatı
İdrət Abdulov 2001-ci il oktyabrın 5-də Lerik rayonunun Orand kəndində anadan olub.

Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan İdrət Abdulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İdrət Abdulov oktyabrın 18-də Ağdərə istiqamətində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İdrət Abdulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İdrət Abdulov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.