Məcidov Səbuhi: Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub

2021/05/16092-1622477658.jpg

line

Ad: Səbuhi
Soyad: Məcidov
Ata adı: Ağalətif
Doğum tarixi: 28.04.2002
Rütbə: əsgər


18 yaşlı şəhidimiz Abşeron rayon Aşağı Güzdək qəsəbəsində yaşamış şəhid əsgər Səbuhi Məcidov 28 aprel 2002-ci ildə dünyaya gəlib. Səmidxan Əzizov adına Aşağı Güzdək qəsəbə məktəbini bitirən Səbuhi həqiqi hərbi xidmətdə olan zaman Qarabağın azad olunması uğrunda gedən Suqovuşan və Talış kəndləri istiqamətində döyüşlərdə iştirak edərək, qəhrəmancasına şəhid olmuşdur. Şəhidimizin ailə üzvləri ilə görüşən zaman onun haqqında danışılan xatirələr, sözlər bütün müsbət xüsusiyyətlərini bizə göstərdi. Ata Ağalətif bəyin mətinliyi və qürurunu heç bir sözlə ifadə etmək mümkün deyil. "Vətən uğrunda” medalı ilə təltif edilmiş şəhid Səbuhi daima öz doğmaları, dostları və döyüş yoldaşlarının yaddaşında öz vətənpərvərliyi və xoş xatirələri ilə yadda qalacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!