Rahid Sadıxov: Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub

2021/05/rahud-1622470427.jpg

line

Ad: Rahid
Soyad: Sadıxov
Ata adı: Vahid
Doğum tarixi: 13.02.2001
Rütbə: əsgər

Rahid Sadıxov (Rahid Vahid oğlu Sadıxov; 13 fevral 2001 - 28 sentyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra, "Vətən uğrunda" medalı ilə təltif edilib.

Sadıxov Rahid Vahid oğlu 13 fevral 2001 ci il tarixində Rusiya Federasiyasının Saratov şəhərində anadan olub. Daha sonra ailəsi ilə birlikdə Azərbaycana, Sumqayıt şəhərinin Saray qəsəbəsinə köçüb. 2007-2016-cı illərdə Saray qəsəbəsinin M.Ələkbərov adına 1 No:li tam orta məktəbində təhsil alıb. Təhsilini 9-cu sinifə kimi bu məktəbdə davam etdirib. Daha sonra Maştağa qəsəbəsində yerləşən Cümə Məscidinin mədrəsəsinə daxil olub və iki il dini dərslər alıb. Orta ümumi təhsilinin son 6 ayını Cəlilabadda tamamlayıb.

2019-cu il aprel ayının 1-də Masallı Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Daha sonra Goranboy rayonu və Tərtər rayonlarında hərbi xidmətdə olub. 28 sentyabr 2020-ci il tarixində Suqovusan və Talış kəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 29 oktyabr 2020-ci il tarixində Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunub. Sonuncu dəfə ailəsi ilə 26 sentyabrda əlaqə saxlayıb.

memorial.az