Fərzəliyev Samir: Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub

2021/05/Samir-1622470044.jpg

line

Ad: Samir
Soyad: Fərzəliyev
Ata adı: Vaqif
Doğum tarixi: 08.12.1996
Rütbə: MAHHXHQ əsgər


(8 dekarb1996-cı il, Ağdam rayonunun Qiyaslı kəndi, Azərbaycan — 15 oktyabr 2020, Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Fərzəliyev Samir Vaqif oğlu 08.12.1996-cı ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. II Qarabağ müharibəsi başlayan gündən döyüşlərə qatılır və Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Fərzəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.