Hüseynov Xəyyam: Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub

2021/05/hqdef-1622465637.jpg

line

Ad: Xəyyam
Soyad: Hüseynov
Ata adı: Hüseyn
Doğum tarixi: 11.07.1996
Rütbə: əsgər


Xəyyam Hüseyn oğlu Hüseynov (11 iyul 1996; Göyçay, Azərbaycan — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Həyatı
Xəyyam Hüseynov 1996-cı il iyulun 11-də Göyçay şəhərində anadan olub.

Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Xəyyam Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşlərdə savaşıb. Xəyyam Hüseynov sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Göyçay şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Hüseynov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.