Həsənov Elman: Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub

2021/05/Elman-1622464029.jpg

line

Ad: Elman
Soyad: Həsənov
Ata adı: Mehman
Doğum tarixi: 28.02.1993
Rütbə: MAHHXHQ əsgər


Elman Mehman oğlu Həsənov (28 fevral 1993; Qızılhacılı, Goranboy rayonu, Azərbaycan — 27 sentyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.


Həyatı
Elman Həsənov 28 fevral 1993-cü ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır.

Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Elman Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Həmin döyüşlər gedişatında 27 sentyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qarşı tərəfin atdığı artilleriya mərmisi nəticəsində şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Həsənov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.