Yaşar Sadıqov: Murovdağ döyüşləri zamanı şəhid olan polkovnik-leytenant

2021/05/yasar-1622459992.jpg

line

Ad: Yaşar
Soyad: Sadıqov
Ata adı: Füzuli
Doğum tarixi: 10.08.1975
Rütbə: Polkovnik-leytenant


Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, şəhid Sadıqov Yaşar Füzuli oğlu 10 avqust 1975-ci ildə Füzuli rayonu Bala Bəhmənli kəndində anadan olub.

1991-1995-ci illərdə Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali hərbi təhsil alıb. O, 1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.
Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.

Yaşar Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. O, oktyabrın əvvəlində Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapılmayıb.

2021-ci il fevralın 27-də II Şəhidlər Xiyabanında dəfn olunub.

Y.Sadıqov hərbi xidməti müddətində III dərəcəli "Qüsursuz xidmətə görə", II dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubileyi, I dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubileyi, "Azərbaycan Silahlı Qüvvələri Veteranı", "Azərbaycan Ordusunun 100 illiyi" yubileyi medalları ilə təltif olunub.