Təbriz İbrahimov: Sonuncu dəfə zəng edib yaralı olduğunu demişdi

2021/05/tebri-1622459489.jpg

line

Ad: Təbriz
Soyad: İbrahimov
Ata adı: İsmayıl
Doğum tarixi: 08.10.1992
Rütbə: Əsgər


İbrahimov Təbriz İsmayıl oğlu 8 oktyabr 1992-ci ildə Salyan rayonunun Çadırlı kəndində dünyaya göz açmışdır.

Orta məktəbini bitirdikdən sonra müddətli həqiqi hərbi xidmət qulluqçusu olan Təbriz hərbi xidmət müddəti bitdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmət müddətini davam etdirmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Təbriz İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Sonuncu dəfə 28 sentyabr tarixində əlaqə saxlamışdır. Zəngində mina partlayışı nəticəsində ayağından yaralandığını və Ağdağ adlı postdan dərənin dibinə düşdüyünü, neytral zonada olduğunu söyləmişdir. Çox qan itirdiyini və halsızlaşdığını da əlavə etmişdir. Təbriz İbrahimov Murovdağ döyüşlərində itkin düşmüşdür.

19 may 2020-ci ildə əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edildikdən sonra II Fəxri xiyabanda dəfn olunub.

Yaxınları deyir ki, MAXE kimi orduda xidmət edən hərbçimiz sentyabrın 27-də Murov istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Bu zaman yaralı əsgərimiz xalasıoğluna zəng edərək halallaşıb. Deyib ki, Murov yüksəkliyi yaxınlığında, "Ağdağ postunun" netralındadır. Telefon danışığı zamanı bildirib ki, ərazidə mina partlayışı baş verib. O və bir neçə hərbçi yaralı vəziyyətdə ərazidə qalıb. Təbriz İbrahimov bildirib ki, yaxınlıqda erməni postları var və onlar ermənilərin səsini asanlıqla eşidir. Bu sözləri dedikdən sonra ondan xəbər olmayıb. Yaxınları dəfələrlə telefona zəng etsə də cavab verən olmayıb.