Rəcəb İsmayılov: İtkin düşən əsgərimizin şəhid xəbəri gəldi

2021/05/Receb-1622457427.jpg

line

Ad: Rəcəb
Soyad: İsmayılov
Ata adı: Nəcəf
Doğum tarixi: 16.09.2000
Rütbə: Əsgər


İsmayılov Rəcəb Nəcəf oğlu 2000-ci il sentyabrın 16-da İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Rəcəb İsmayılov 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində iştirak etmiş, Füzulinin, Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 30 oktyabr 2020-ci ildə Laçın rayonunun Güləbird kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Onun nəşi uzun müddət tapıla bilməmiş, 3 fevral 2021-ci ildə İmişli rayonunun Əliqulular kəndində torpağa tapşırılmışdır.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb İsmayılov "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Qubadlı şəhərinin işğaldan azad olunmasına görə gedən döyüşlərdə xüsusi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb İsmayılov "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.