Əli Yusifov: Füzuli döyüşləri zamanı itkin düşmüşdü, şəhid xəbəri gəldi

2021/05/13448-1622457178.jpg

line

Ad: Əli
Soyad: Yusifov
Ata adı: Sülhəddin
Doğum tarixi: 14.08.1997
Rütbə: Leytenant


Yusifov Əli Sülhəddin oğlu 1997-ci il avqustun 14-də Şərur rayonunun Oğuz kəndində anadan olub. Evin tək oğlu olan şəhidimiz nişanlı idi.

Azərbaycan Ordusunun leytenantı olan Əli Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Yusifov oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Son dəfə 3 oktyabrda nişanlısı ilə danışıb, ondan sonra heç bir xəbər olmayıb.

Onun nəşi uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il aprelin 29-da nəşi tapılıb və Şərur rayonunun Oğuz kəndində dəfn olunub.