Məmmədağa İmanov: İtkin düşən hərbçimizin şəhid xəbəri gəldi

2021/05/d7610-1622456680.jpg

line

Ad: Məmmədağa
Soyad: İmanov
Ata adı: İqab
Doğum tarixi: 04.04.2001
Rütbə: Əsgər


İmanov Məmmədağa İqab oğlu 2001-ci il aprelin 4-də Neftçala rayonunun Dalğa kəndində anadan olub.

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Məmmədağa hərbi xidmət müddətinə Neftçalada başlamış, Beyləqanda davam etdirmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Məmmədağa İmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Sonuncu dəfə 29 sentyabr tarixində əlaqə saxlamışdır. Döyüş zamanı itkin düşmüşdür.

31 may 2021-ci ildə Məmmədağa İmanov nəşi tapılıb.

memorial.az