Əhmədov Əli: Suqovuşan döyüşləri zamanı şəhid olub

2021/05/69297-1622446264.jpg

line

Ad: Əli
Soyad: Əhmədov
Ata adı: İlqar
Doğum tarixi: 05.01.1993
Rütbə: MAHHXHQ kiçik çavuş


Əli İlqar oğlu Əhmədov (5 yanvar 1993; Mingəçevir, Azərbaycan — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi.


Həyatı
Əli Əhmədov 1993-cü il yanvarın 5-də Mingəçevir şəhərində anadan olub. Nişanlı idi. Qardaşı İslam Əhmədov da Vətən müharibəsində şəhid olub.

Hərbi xidməti
Azərbaycan Ordusunun kiçik çavuşu olan Əli Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Əhmədov sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Sentyabrın 27-də Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Əhmədov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.