Ələsgərov Seymur: Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub

2021/05/seyma-1622436178.jpg

line

Ad: Seymur
Soyad: Ələsgərov
Ata adı: Əli
Doğum tarixi: 02.02.1992
Rütbə: MAHHXHQ çavuş


Seymur Əli oğlu Ələsgərov (2 fevral 1992, Novosaratovka, Gədəbəy rayonu – 29 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsinin şəhidi.

Həyatı
Seymur Ələsgərov 1992-ci il fevralın 2-də Gədəbəy rayonunun Novosaratovka kəndində anadan olub. Subay idi.

Hərbi xidməti
Azərbaycan Ordusunun çavuşu olan Seymur Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Seymur Ələsgərov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Gədəbəy rayonunun Novosaratovka kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Ələsgərov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.