Səfərəliyev Rəşad: Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub

2021/05/unnam-1622435965.jpg

line

Ad: Rəşad
Soyad: Səfərəliyev
Ata adı: Fərman
Doğum tarixi: 02.10.2001
Rütbə: əsgər


Rəşad Səfərəliyev (tam adı: Rəşad Fərman oğlu Səfərəliyev; 2 oktyabr 2001; Xaçmaz, Azərbaycan — 27 sentyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Həyatı
Rəşad Səfərəliyev 2001-ci il oktyabrın 2-də Xaçmaz rayonunda anadan olub.
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Rəşad Səfərəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Rəşad Səfərəliyev sentyabrın 27-də şəhid olub. Xaçmaz rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Səfərəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.