Kəlbəliyev Mirkazım: Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub

2021/05/13603-1622435497.jpg

line

Ad: Mirkazım
Soyad: Kəlbəliyev
Ata adı: Firuz
Doğum tarixi: 05.11.1992
Rütbə: MAHHXHQ əsgər


Kəlbəliyev Mirkazım Firuz oğlu 05.11.1992-ci ildə Bakının köhnə “Sovetski” məhəlləsində anadan olub, qeydiyyatı isə Suraxanı rayoyunda olub. Bakının 172 nömrəli orta məktəbində təhsil alıb.
Uşaqlıqdan ən böyük arzusu hərbçi olmaq olub. Ailəsinin sözlərinə görə hətta hərbiyə qəbul olmaq üçün şəhidimiz qurban nəziri belə deyibmiş; hərbiyə qəbul olandan sonra MAXE (Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu) kimi öz xidmətini davam etdirib.İlk maaşını almadan şəhid olub.
Mirkazım çox qəlbi təmiz, dindar, “seyyid-peyğəmbər” nəslindən olub. Ailəli idi, iki qız övladı yadigar qalıb.
. Şəhidlik ən böyük arzusu olub, ailəsi ilə mütəmadi telefon danışlıqlarında həyat yoldaşına deyirmiş: “Mən şəhid olacağam,amma ağlamayın, məni bayraqda gətirəcəklər, bayrağı sən də,qızlarımız da öpün, təki Vətən sağ olsun!” Şəhidimiz Tərtər rayonunda xidmət edib, lakin ailəsinə son telefon zəngində bildirib ki,ordumuz düşmənə əks hücüm göstərir və daha da irəli addımlayır. Mirkazım müharibənin ən qızğın döyüşlər getdiyi zaman sentyabr ayının 27-si qəhrəmancasına şəhid olmuşdur. Özünün arzuladığı kimi bayrağa bürünmüş cənazəsi Müşfiqabad qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılmışdır.Hər birini daha yaxından tanıdıqca daha çox qürur duyuruq.Şəhidimizin yoldaşı və 2 mələyi bizə əmanətdir.
Şəhidimizin dediyi kimi: “Vətən sağ olsun”.