Qubad Hacıyev: Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub

2021/05/hcs-1622435003.jpg

line

Ad: Qubad
Soyad: Hacıyev
Ata adı: Cəmil
Doğum tarixi: 19.05.1988
Rütbə: MAHHXHQ kiçik çavuş


Qubad Cəmil oğlu Hacıyev (19 may 1988; Tərtər, Azərbaycan SSR — 10 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi.


Həyatı
Qubad Hacıyev 1988-ci il mayın 19-da Tərtər şəhərində anadan olub.

Hərbi xidməti
Azərbaycan Ordusunun kiçik çavuşu olan Qubad Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qubad Hacıyev oktyabrın 10-da Ağdərə istiqamətində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qubad Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qubad Hacıyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.