Rəşid Məmmədov: Fizuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub

2021/05/image-1622434095.jpg

line

Ad: Rəşid
Soyad: Məmmədov
Ata adı: Rəşad
Doğum tarixi: 20.11.1997
Rütbə: MAHHXHQ əsgər


Rəşid Rəşad oğlu Məmmədov 20 noyabr 1997-ci ildə Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olmuşdur. 2005-ci ildə Sütəmurdov kənd tam orta məktəbin 1-si sinifinə daxil olmuş və 2018-ci ildə həmin məkrtəbin 11-ci sinifini başa vurmuşdur. Orta təhsilini başa vurduqdan sonra Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Bakı şəhərinə Azərbaycan Sülhməramlı Qüvvələrə göndərilir. Xidməti dövründə rabitəçi kimi xidmətini yerinə yetirmişdir. 2020-cil ilin may ayından müddətdən artıq hərbi xidmət etmək üçün xüsusi kursda təlim keçərək bu dəfə MAXE kimi yenidən hərbi xidmətə başlayır.

27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən II Qarabağ müharibəsinə qatılır. Rəşid Füzuli uğrunda gedən şiddətli döyüşlərdə xüsusi əməliyyat üçün seçilən 16 nəfər könüllünün arasından biri olur. Düşmənə sarsıdıcı zərbələr endirirəmn xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəman Məmmədov Rəşid 29 oktyabr 2020-ci ildə kəşfiyyatda olarkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidimizin nəşi doğulub, boya-başa çatdığı Lənkəran rayonunun Sütəmurdov kəndinə gətirilərək orada torpağa tapşırılır. Allah qəhrəman əsgərimizə rəhmət eləsin. Vətən sağ olsun!