Təbriz Cəfərov: İtkin düşmüş 26 yaşlı şəhid

2021/05/tebri-1622413230.jpg

line

Ad: Təbriz
Soyad: Cəfərov
Ata adı: İlqar
Doğum tarixi: 14.07.1995
Rütbə: Əsgər


Cəfərov Təbriz İlqar oğlu 14 iyul 1995-ci ildə Bərdə rayonunda dünyaya göz açmışdır. Əslən Ağdərə rayonunun Kərəmli kəndindəndir.

Orta təhsilini aldıqdan sonra 2014-2016-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Təbriz Cəfərov 2020-ci ilin 19 avqust tarixindən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Təbriz Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Suqovuşan istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. Uzun müddət tapılmayan nəşi 6 aprel 2021-ci ildə tapılaraq Bərdə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.


memorial.az