Ələkbər Musayev: Murovdağ döyüşləri zamanı şəhid oldu

2021/05/17218-1622412914.jpg

line

Ad: Ələkbər
Soyad: Musayev
Ata adı: Əlövsət
Doğum tarixi: 16.06.1999
Rütbə: Əsgər


Ələkbər Əlövsət oğlu Musayev 1999-cu il iyunun 16-da Cəlilabad rayonunun Mollalı kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Ələkbər Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ələkbər Musayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.

Onun nəşi uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il aprelin 27-də nəşi tapılıb.

Cəlilabad rayonunun Mollalı kənd qəbiristanlığında torpağa tapşırılıb.

memorial.az