Elməddin Vəkilov: Təkbaşına 10-dan çox düşməni məhv edən şəhidimiz

2021/05/16204-1622412480.jpg

line

Ad: Elməddin
Soyad: Vəkilov
Ata adı: Nizami
Doğum tarixi: 21.08.1988
Rütbə: Baş əsgər


Vəkilov Elməddin Nizami oğlu 1988-cu il avqustun 21-də Daşkəsəndə anadan olub.

Azərbaycan Ordusunun baş əsgəri olan Elməddin Vəkilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Elməddin Vəkilov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itgin düşüb. Sonralar onun şəhid olduğu məlum olub və nəşi tapılaraq ailəsinə təhvil verilib.

Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun nəşi Daşkəsən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

O, Vətən müharibəsi zamanı xüsusi şücaətlər göstərərək tək başına 10-dan çox düşməni məhv edib.