Əbülfəz Rəhmətov: 7 ay sonra nəşi tapılan şəhid kapitan

2021/05/Əbü-1622411953.jpg

line

Ad: Əbülfəz
Soyad: Rəhmətov
Ata adı: Hüseynverdi
Doğum tarixi: 03.07.1989
Rütbə: Kapitan


Əbülfəz Hüseynverdi oğlu Rəhmətov 3 iyul 1989-cu ildə Lerik rayonunun Anbu kəndində anadan olmuşdur.

Hərbi xidmət müddətində Əbülfəz Rəhmətov Dördgünlük müharibədə iştirak etmişdir. Həmçinin, 2020-ci ilin Tovuz döyüşlərində general-mayor Polad Həşimov ilə bir sırada döyüşmüşdür.

Azərbaycan Ordusunun kapitanı olan Əbülfəz Rəhmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.

15 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Uzun müddət nəşi tapıla bilməyən Rəhmətovun nəşi 7 ay sonra - 6 may 2021-ci ildə Cəbrayıl rayonunda tapılmışdır. Lerik rayonunda dəfn edilib.