Pərviz Tağıyev: Nəşi 220 gün sonra tapılan əsgər

2021/05/Pərv-1622411601.jpg

line

Ad: Pərviz
Soyad: Tağıyev
Ata adı: Hafiz
Doğum tarixi: 22.03.1990
Rütbə: Əsgər


Pərviz Hafiz oğlu Tağıyev 1990-cı il martın 22-də Mingəçevir şəhərində anadan olub.

Mingəçevirdə doğulan Pərviz Tağıyev kiçik yaşlarından hərbi sahəyə maraq göstərib. Vətən müharibəsi başlayan gündən MAXE (müddətdən artıq xidmət edən - red.) kimi döyüşlərə qatılıb.

Azərbaycan Ordusunun əsgəri olan Pərviz Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murov yüksəkliyi, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən ağır döyüşlərdə iştirak edib, savaşıb. Pərviz Tağıyev sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub.

Pərviz Onunla yaxınları müharibənin ilk günlərində əlaqə saxlaya biliblər. Sonra isə əlaqə tam kəsilib.

Onun nəşi uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub. Qorxmaz, igid gəncin nəşi ölümündən təxminən 220 gün sonra 2021-ci il mayın 5-də Tərtər-Suqovuşan istiqamətində tapılaraq ailəsinə təhvil verilib.

Otuz bir yaşlı Pərviz Tağıyev Mingəçevir Şəhidlər xiyabanında dəfn edilib.