Pərviz Həsənov: Füzuli döyüşlərində qəhrəmancasına şəhid olub

2021/05/Pərv-1622410101.jpg

line

Ad: Pərviz
Soyad: Həsənov
Ata adı: Fərmayıl
Doğum tarixi: 08.12.1989
Rütbə: Baş əsgər

Pərviz Fərmayıl oğlu Həsənov 1989-cu il dekabrın 8-də Samux rayonunun Poylu kəndində anadan olub.

1997-2008-ci illərdə Poylu kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir övladı yadigar qaldı.

Pərviz Həsənov 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri olan Pərviz Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərviz Həsənov noyabrın 6-da Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Həsənov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.