İbrahim Cəbrayıllı: Kəlbəcər uğrunda şəhid olan DİN-in çavuşu

2021/01/cebra-1610050322.jpg

line

Ad: İbrahim
Soyad: Cəbrayıllı
Ata adı: Raqub
Doğum tarixi: 03.02.1999
Rütbə: Çavuş


İbrahim Raqub oğlu Cəbrayıllı 1999-cu il fevralın 3-də Zərdab rayonunun Məlikumudlu kəndində anadan olub.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan İbrahim Cəbrayıllı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İbrahim Cəbrayıllı sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Cəbrayıllı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Cəbrayıllı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.