Niyaməddin Məhərrəmov: Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub

2021/05/Niyam-1622404222.jpg

line

Ad: Niyaməddin
Soyad: Məhərrəmov
Ata adı: İsrayıl
Doğum tarixi: 05.01.1993
Rütbə: s.ü.h.x.o əsgər


Niyaməddin İsrail oğlu Məhərrəmov, (5 yanvar 1993; Kür, Şəmkir rayonu, Azərbaycan — 29 sentyabr 2020; Murovdağ, Tovuz rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi .

Həyatı
Niyaməddin Məhərrəmov 1993-cü il yanvarın 5-i Şəmkir rayonunun Kür qəsəbəsində anadan olmuşdur. 2000-2011-ci illərdə Kür qəsəbəsində yerləşən İ. Aznaurov adına tam orta məktəbdə oxumuşdur.

Hərbi xidməti
Niyaməddin Məhərrəmov 2011-2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 21 sentyabr 2020-ci il tarixində ordu sıralarına cəlb edilmiş, 29 sentyabr 2020-ci il tarixində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
"Hərbi xidmətinə görə", "Kəlbəcər uğrunda" medalları ilə təltif edilib.