Cavidan Məmmədli: Döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu

2021/05/Cavid-1622401394.jpg

line

Ad: Cavidan
Soyad: Məmmədli
Ata adı: Valeh
Doğum tarixi: 20.11.1997
Rütbə: Əsgər

Cavidan Valeh oğlu Məmmədli 20 sentyabr 1997-ci ildə İmişli şəhərində anadan olmuşdur. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Cavidan Məmmədli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 7 oktyabr 2020-ci ildə sonuncu dəfə ailəsi ilə əlaqə saxlayan Cavidan Məmmədli elə həmin gün Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Nəşi 13 fevral 2021-ci ildə İmişli rayonunun Şahverdili kənd qəbiristanlığında torpağa tapşırılmışdır.

memorial.az