İlham Abbasov: Füzuli döyüşləri zamanı şəhid olub

2021/05/Scree-1622401120.jpg

line

Ad: İlham
Soyad: Abbasov
Ata adı: Əli
Doğum tarixi: 13.03.2000
Rütbə: MAHHXHQ əsgər

İlham Əli oğlu Abbasov 2000-ci il martın 13-də Füzuli rayonunun Araz Dilağarda kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan İlham Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlham Abbasov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlham Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlham Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

memorial.az