Mirsəfa Mirəşrəfbəyli: Daxili Qoşunların şəhid çavuşu

2021/05/Mirsa-1622381725.jpg

line

Ad: Mirsəfa
Soyad: Mirəşrəfbəyli
Ata adı: Mirbaba
Doğum tarixi: 27.07.1994
Rütbə: Çavuş


Mirsəfa Mirbaba oğlu Mirəşrəfbəyli 1994-cü il iyulun 27-də Cəlilabad rayonunun Badamağac kəndində anadan olub.

Mirsəfa Mirəşrəfbəyli 2016-2020-ci illərdə Daxili Qoşunların “Pələng” Xüsusi Təyinatlı Dəstəsində, 2020-ci ildən isə “Şahin” Xüsusi Təyinatlı Dəstəsində xidmət edirdi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Mirsəfa Mirəşrəfbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirsəfa Mirəşrəfbəyli oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirsəfa Mirəşrəfbəyli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirsəfa Mirəşrəfbəyli ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.


memorial.az