Hilal İmanzadə: Füzuli döyüşləri zamanı şəhid oldu

2021/05/hilal-1622380077.jpg

line

Ad: Hilal
Soyad: İmanzadə
Ata adı: Sabir
Doğum tarixi: 23.06.1995
Rütbə: Çavuş


44 günlük Vətən Müharibəsində xüsusi qəhrəmanlıq göstərən hərbçilərimizdən biri də şəhid Hilal İmanzadədir.


İmanzadə Hilal Sabir oğlu 1995-ci il 23 dekabr Beyləqan rayonu Şahsevən kəndində anadan olub. Hilal İmanzadə 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində müddəli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə DİN Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.

Türkiyədə snayper kursunda yüksək naliyət qazanıb.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Hilal İmanzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hilal İmanzadə oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hilal İmanzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Hilal İmanzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.