Orxan Ömərov: Daxili Qoşunların Şuşa istiqamətində şəhid olan çavuşu

2021/05/orxan-1622379789.jpg

line

Ad: Orxan
Soyad: Ömərov
Ata adı: İmran
Doğum tarixi: 17.10.1991
Rütbə: Çavuş


Orxan İmran oğlu Ömərov 1991-ci il oktyabrın 17-də Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Subay idi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Orxan Ömərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Ömərov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Quba rayonunun Qonaqkənd qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Ömərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Ömərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

memorial.az