Mirağa Qasımov: “Qarabağ” ordenli qəhrəman

2021/05/mirga-1622379391.jpg

line

Ad: Mirağa
Soyad: Qasımov
Ata adı: Hafiz
Doğum tarixi: 08.01.1995
Rütbə: Kiçik gizir
Qarabağ Ordeni

Kiçik gizir Qasımov Mirağa Hafis oğlu 8 yanvar 1995-ci ildə Cəlilabad rayonunun Moranlı kəndində anadan olmuşdur.

2002-ci ildə kənd orta məktəbinin birinci sinfinə daxil olan Mirağa, sonradan təhsilini Qara Kazımlı adına tam orta məktəbdə davam etdirmişdir. 2013-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərb sənətinə olan maraq 2015-ci ildə onu Dövlət Sərhəd Xidmətinə gətirdi. Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Dəstəsində xidmətə başlayan Mirağa yüksək fiziki hazırlığı, intizamı və çalışqanlığı sayəsində qısa müddətdə peşəkar hərbi qulluqçu kimi formalaşdı. Xüsusi döyüş tapşırıqların icrasında, müxtəlif taktiki təlimlərdə yüksək nəticələr göstərərək rəislərinin və yoldaşlarının etimadını qazanmışdır.

2020-ci ildə Vətən müharibəsi başlayanda Mirağa da digər döyüş yoldaşları kimi ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərə qoşuldu. Füzuli cə Cəbrayıl istiqamətlərində gedən qanlı döyüşlərdə iştirak edən Mirağa bir sıra yaşayış məntəqələrimizin azad olunmasında rəşadət göstərmiş, Zəngilan şəhərinin və ətraf ərazilərin azad olunmasında düşmənə sarsıdıcı zərbələr vuran bölmələrin tərkibində xüsusi fərqlənmişdir.
21 oktyabr 2020-ci il tarixdə Zəngilanı geri qaytarmaq ümidi ilə əks-hücüma keçən düşmən qüvvələrinin darmadağın edildiyi döyüşdə qəhrəmanlıq göstərən Mirağa ağır yaralandı. Bakı şəhərinə təxliyə olunaraq ölkəmizin ən qabaqcıl tibb müəssisələrində müalicə alan kiçik gizir Qasımov Mirağa bütün səylərə baxmayaraq noyabrın 6-da gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə yüksəldi.

Kiçik gizir Qasımov Mirağa Hafiz oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

7 noyabr 2020-ci il tarixdə Cəlilabad rayonu Moranlı kəndində dəfn edilib.







memorial.az